“Malların təhvil-qəbul aktı” hansı halda təqdim edilməlidir? (2-ci yazı)
Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin Vergi qanunvericiliyi idarəsinin rəisi Əvəz Quliyev təhvil-təslim prosesinin elektron qaimə-faktura ilə yanaşı “Malların təhvil-qəbul aktı” sənədli ilə rəsmiləşdirilməsi ilə bağlı suala da aydınlıq gətirib: “Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təsdiq edilən qaydalara əsasən, malları fiziki olaraq təhvili və qəbulu müvafiq sənədlərlə rəsmiləşdirilməlidir. Yalnız elektron qaimə-fakturanin göndərilməsi malların fiziki olaraq qəbul olunması anlamına gəlmir. Ən azından maddi məsul şəxsin özünün məsuliyyətinin müəyyən olunması məsələsi var. Anbara mal qəbul edən şəxs fiziki olaraq həmin malları qəbul etməklə yanaşı, onun keyfiyyətinə təminat verir. Malların qəbul edilməsi ilə bağlı sənədləşmə olmadığı hallardada hər hansı zay məhsulun anbarda üzə çıxması zamanı anbardar məsuliyyət daşımayacaq. O səbəbdən malları təhvil- təslim prosesi fərmanla təsdiq olunmuş qaydada ciddi hesabat blankarı ilə rəsmiləşdirilməlidir. Ciddi hesabat blanklarının kağız formada olması müəyyən çətinliklər yarada bilər, amma vergi ödəyicilərinin bu cür rəsmiləşməni aparması labüddür.
Vergi Məcəlləsinin 58-ci maddəsinə əsasən, sənədsiz mallara qarşı maliyyə sanksiyaları nəzərdə tutulur. Əvvəlcədən sifariş olmadığı halda malların sənədlə, kim tərəfindən alınmasını sübut edən sənəd kimi “Malların təhvil-qəbul aktı” olan ciddi hesabat blankı əsas götürülür. Bəzi şirkətlər var ki, ekspeditorlar vasitəsilə malları ciddi hesabat blankı olmayan daxili sənədlərlə qarşı tərəfə təqdim edirlər. Ekspeditorlar tərəfindən bu cür malların verilməsi ciddi hesabat blankı olan “Malların təhvil-qəbul aktı” ilə rəsmiləşdirilməlidir. Sonra həmin sənədlər mühasibatlığa təqdim edilməli və elektron qaimə-faktura hazırlanmalıdır.
Qeyd edək ki, bu fikirlər Mks.az saytının təşkilatçılığı 23 noyabr 2019-cu il tarixdə keçirilən "2020-ci ilin Vergi Məcəlləsini birlikdə öyrənək" adlı ödənişsiz seminarda səsləndirilib.
"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr) artıq SATIŞDA
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
0 Komment
Şərh yazın